Region
Baxçalının “şər koalisiyası”na qarşı ittifaq təklifi: Ərdoğan belə reaksiya verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Türkiyə, Rusiya Federasiyası (RF) və Çin Xalq Respublikasının (ÇXR) regional təhlükələri neytrallaşdırmaq üçün mümkün müttəfiqliyi ilə bağlı təşəbbüsü barədə tam məlumatlı olmadığını deyib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə lideri ABŞ-a səfəri zamanı jurnalistlərə danışıb.
“Düzünü desəm, bu məsələni tam izləməmişəm, amma qoy olduğu kimi olsun”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Baxçalı Türkiyə, Rusiya və Çin arasında ABŞ və İsrailin də daxil olduğu “şər koalisiyasına” qarşı strateji ittifaq yaradılmasını təklif etmişdi. Onun sözlərinə görə, İsrail dövləti Türkiyənin təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid yaradır, buna görə də bütün mümkün ssenarilər diqqətlə nəzərdən keçirilməlidir.
Qeyd edək ki, Baxçalı Türkiyə, Rusiya və Çin arasında ABŞ və İsrailin də daxil olduğu “şər koalisiyasına” qarşılıq olaraq strateji ittifaqın yaradılmasını təklif edib. Onun fikrincə, yəhudi dövləti Türkiyənin təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid yaradır. Ona görə də bütün mümkün ssenariləri diqqətlə nəzərdən keçirmək lazımdır.
Adəm
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO


















.png)


















.png)