“Hizibullah” İsrail casusunu həbs etdi
Bizi izləyin

Dünya

“Hizibullah” İsrail casusunu həbs etdi

“Hizbullah” təşkilat daxilində İsrail üçün casusluq edən yüksək vəzifəli şəxsi həbs edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, onun 2007-ci ildən İsrailin MOSSAD təşkilatı üçün çalışdığı deyilir.

Adının açıqlanmasını istəməyən bir “Hizbullah” səlahiyyətlisi Məhəmməd Şavraba adlı şəxsin üç ay əvvəl həbs olunduğunu söyləyib. Şavraba “Hizbullah”ın xarici əməliyyatlarını planlayan “901” qurumuna rəhbərlik edirdi.

Şavrabanın 2008-ci ildə öldürülən təşkilatın liderlərindən olan İmad Mugniyenin intiqamını almaq üçün planlaşdırılan ən az beş əməliyyatı barədə İsrailə informasiya verdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm