Macarıstan Rusiya neftindən imtina etməyəcək - ABŞ-a meydan oxundu
Bizi izləyin

Dünya

Macarıstan Rusiya neftindən imtina etməyəcək - ABŞ-a meydan oxundu

Ağ Evin NATO müttəfiqlərindən Rusiyadan neft alışını dayandırmasını tələb etməsinə baxmayaraq, Budapeşt Rusiyanın enerji resurslarından imtina etməyəcək.

Publika.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Rusiya neft və ya qaz mənbələri olmadan ölkəmiz üçün təhlükəsiz enerji təminatına zəmanət verə bilmərik ", - deyə Siyarto vurğulayıb.

O əlavə edib ki, Macarıstan üçün enerji təchizatı sırf fiziki məsələdir.

Qeyd edək ki, Avropa liderləri Macarıstan və Slovakiyanı Rusiya neftindən imtina etməyə inandırmağa çalışıblar, lakin onların çağırışlarına məhəl qoyulmayıb.

Avropadan gələn təzyiqləri şərh edən Siyarto Qərbi Avropa rəsmilərini “fanatiklər” adlandıraraq, onlarla faktlara və sağlam düşüncəyə əsaslanan rasional dialoqun aparılmasının qətiyyən mümkün olmadığını qeyd edib.

O, həmçinin etiraf edib ki, Macarıstanın Brüssellə münasibətləri gərgin olaraq qalır, ABŞ ilə münasibətlər isə xeyli yaxşılaşıb. Nazir bildirib ki, Macarıstan Trampın qələbəsi üçün barmaqlarını çarpazlayan yeganə Avropa hökumətidir.

"İndi Birləşmiş Ştatlar bizim dostumuzdur. Deməli, ABŞ prezidentinin dost olması onların Brüsseldə baş verənlərdən asılı olmayaraq sizə təzyiq göstərməsi ilə heç də eyni deyil və bu, çox ciddidir", - Siyarto əlavə edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm