Makronun avtomobilinin saxlanması təhqirdir: Fransada qəzəblidirlər
Bizi izləyin

Dünya

Makronun avtomobilinin saxlanması təhqirdir: Fransada qəzəblidirlər

Fransalı siyasətçi Florian Filippot Nyu-York polisinin Fransa prezidenti Emmanuel Makrona qarşı hərəkətini təhqir adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

"Makronun alçaldılmaqdan həzz alması onun problemidir, Fransanı aşağılaması isə bağışlanmazdır", - deyə o, fikirlərini bölüşüb.

Qeyd edək ki, sentyabrın 23-də Fransa prezidenti Emmanuel Makronun Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahından çıxarkən küçədə Amerika lideri Donald Trampın korteji tərəfindən maneə ilə üzləşib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm