Yer yarıldı, küçə batdı - VİDEO
Bizi izləyin

Dünya

Yer yarıldı, küçə batdı - VİDEO

Taylandın paytaxtı Banqkokdakı Vadjir xəstəxanasının yaxınlığında Samsen yolunda 30 metr enində nəhəng çuxur əmələ gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Bangkok Post" məlumat yayıb.

Hadisə sentyabrın 24-də səhər yerli vaxtla saat 7:13-də (Bakı vaxtı ilə 4:13) baş verib. Xəsarət alan olmayıb. Çuxurun dərinliyi 50 metr, eni və uzunluğu təxminən 30 metrə çatıb.

Görüntülərdə yolun bir hissəsinin insanların gözü qarşısında çökməsi, özü ilə bərabər yolkənarı dirəkləri də aparması müşahidə olunur.

Çökmə nəticəsində iki elektrik dirəyi və bir polis maşını çuxura düşüb. Hadisənin səbəbi hələlik rəsmi olaraq təsdiqlənməyib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm