Dünya
Fələstin BRICS-ə qoşulmaq istəyir: Ərizə veriblər, amma...

Fələstin BRICS-ə tam üzv olmaq üçün ərizə təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl “RİA Novosti”yə bildirib.
Səfir məsələ ilə bağlı sualı cavablandırarkən, "Biz ərizə vermişik, lakin bildiyiniz kimi, Fələstinin müəyyən şərtləri var. Fələstinin, şərtlər onun tamhüquqlu üzv olmasına imkan verənə qədər birliyə qonaq qismində qatılacağına inanıram. Hələ də cavab almamışıq" deyib.
BRICS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış hökumətlərarası birlikdir. Cənubi Afrika 2011-ci ildə birliyə qoşulub. 2024-cü ildən BRICS-ə Misir, BƏƏ, Efiopiya və İran, 2025-ci ilin yanvarından isə İndoneziya da daxildir. Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam blokun tərəfdaşlarıdır.
Tural

-
İdman11:56
Messinin Antonellasından FOTOSESSİYA: Zinət əşyaları göz qamaşdırdı
-
MDB11:50
Paşinyan Lukaşenko ilə barışdı - FOTO
-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
-
ABŞ08:24
Tramp Türkiyə nümayəndə heyəti ilə bağlı görün nələr deyib - VİDEO
-
Sosial07:47
Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO
-
ABŞ07:30
ABŞ-dan İNANILMAZ TƏKLİF - Onu nüvə zərbəsi ilə məhv edək
-
Magazin106:16
“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - VİDEO