Avropa
Rusiya təyyarələrini vurmaq istəyənlərin sayı artır: Xəbərdarlıq edildi
Avropalı diplomatlar Rusiya nümayəndələrinə xəbərdarlıq ediblər ki, NATO ölkələri alyansa üzv dövlətlərin hava məkanının pozulması halında Rusiya təyyarələrini vurmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Britaniya, Almaniya və Fransa səfirlərinin iştirakı ilə keçirilən müzakirələr olduqca gərgin keçib. Diplomatlar Estoniyanın hava məkanının MiQ-31 qırıcıları tərəfindən pozulması ilə bağlı ciddi narahatlıq ifadə ediblər.
NATO baş katibi Mark Rutte bəyan edib ki, alyans üzv ölkələrin “lazım gələrsə” Rusiya təyyarələrini vurmaq hüququ var. ABŞ prezidenti Donald Tramp da oxşar açıqlama verib. Estoniya və Polşa isə belə bir ssenariyə hazır olduqlarını bildiriblər.
Moskva isə iddia edir ki, Rusiya heç vaxt başqa dövlətlərin hava məkanını pozmayıb və belə bir niyyəti də yoxdur. Vladimir Putin yaxınlarda verdiyi bəyanatda vurğulayıb: “Ölkəmiz istənilən strateji təhlükəyə sözlə deyil, əməllə cavab verməyə hazırdır”.
Adəm
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq























.jpg)

.jpg)












