İdman
Keçmiş sevgilisi Yamalla bağlı sirləri açdı: Yaxtaya onlarla qız aparıb - FOTOLAR

"Barselona"nın vunderkindi Lamin Yamal çox erkən yaşda qəzetlərin manşetində yer almağa başlayıb.
Publika.az xəbər verir ki, görünür bu şöhrət indi ona əks təsir göstərir. Son vaxtlar hücumçu bir neçə qalmaqallı hadisənin mərkəzində olub.
18 yaşı tamam olanda Yamal gizli, səs-küylü bir ad günü məclisi təşkil edib. Dəvətlər qapalı şəkildə göndərilib və son ana qədər tədbirin harada keçiriləcəyi açıqlanmayıb. Partidə futbolçular, modellər, reperlər iştirak edib, həmçinin xüsusi sifarişlə müəyyən fiziki xüsusiyyətləri olan insanlar dəvət olunub. Bu hekayə İspaniyada geniş rezonans doğurub, hətta dövlət rəsmilərindən biri araşdırma aparılmasını tələb edib.
Amma görünür, bu Lamin üçün ola biləcək ən kiçik problemdir. İspaniyalı model Fati Vaskes futbolçu ilə münasibətləri barədə danışıb. 30 yaşlı model ötən yay Yamalla birlikdə yaxtada görüntülənib və hər ikisi oxşar fotoları "İnstagram"da paylaşmaqla münasibətlərini gizlətməyiblər.
Vaskesin sözlərinə görə, onlar bir neçə ay əvvəl sosial şəbəkədə tanış olublar:
“Lamin Yamal heç də sadə biri deyil. Mən onunla görüşmüşəm və məncə, o, kifayət qədər ağıllı qərarlar vermir. Onun yaxın ətrafı da doğru istiqamət göstərmir. Mən normal hesab etmirəm ki, 17 yaşında bizim görüşümüz baş tutdu. O yaşında gecə klublarında olurdu, partilərə gedirdi, İbizadakı yaxtalara onlarla qız aparırdı. Belə məşhur yerdə paparatsilərin onu yaxalaması təəccüblü deyil”.
Model əlavə edib ki, Yamal onunla tanış olmadan əvvəl başqa biri ilə olub: “Görüşümüzdən öncə onun başqa bir qızla münasibəti var idi. Mən bunu bəzi şəkillərdən anladım. Həmin qız mənə zəng etdi və dedi: "Sən Laminləsən? Mən səndən bir gün əvvəl ayrıldım”.
Fati Vaskes həmçinin futbolçunun müğənni Niki Nikollə münasibətlərinə də toxunub: “Əminəm ki, Lamin ona həqiqətən vurulub. Amma Niki yox. O, sadəcə, ondan istifadə edir”.
Bütün bunlardan sonra İspaniyada sual yaranıb: artıq bu gənc futbolçu üçün narahat olmağın vaxtıdır, yoxsa hələ tezdir?

-
Magazin212:34
Kardaşyan çılpaq gəzsəydi: Küçədən FOTOLAR
-
Sosial11:46
Qiymət artımı bu avtobuslara şamil edilməyəcək
-
Avropa11:25
Böyük Britaniyada uşaq bağçalarına kütləvi hücum: 8 min uşaq təhlükədədir
-
İqtisadi gündəm10:43
Sosial müdafiə xərcləri rekord həddə yüksəldi - Səbəb nədir?
-
Nəqliyyat08:24
Bakıda 18 yolda tıxac yarandı - Siyahı
-
Magazin207:15
"Ola bilsin ki, məni bir daha görmədiniz" - Özcan Dənizdən müəmmalı açıqlama
-
MDB06:46
"Qiyamət radiosu" iki yeni mesaj yayımladı
-
Avropa05:45
Fransa "Greenpeace"in təsisçisinə sığınacaq vermədi