PUA təyyarənin istiqamətini dəyişdirdi: Hava limanı bağlandı
Bizi izləyin

Dünya

PUA təyyarənin istiqamətini dəyişdirdi: Hava limanı bağlandı

Bazar günü pilotsuz uçuş aparatı Norveçdə Oslodan şimaldakı Bardufoss şəhərinə uçan sərnişin təyyarəsinin istiqamətini dəyişməsinə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “European Pravda” nəşri məlumat yayıb.

Norveç rəsmiləri təsdiqləyib ki, Oslodan Bardufossa gedən reys pilotsuz təyyarə aşkarlandıqdan sonra geri qayıtmağa məcbur olub. Bu hadisə ilə əlaqədar Tromsyo hava limanı müvəqqəti bağlanıb.

Məlumata görə, təyyarə saat 20:47-də geri dönüb. Bundan az sonra, saat 21:15-də başqa bir reys hava limanından havaya qalxıb.

Qeyd edək ki, bazar günü səhər saatlarında Nordlanddakı Bronneyzund hava limanı yaxınlığında da pilotsuz təyyarələr uçuşa qadağan olunmuş zonada müşahidə edilib. Həmin vaxt bir sərnişin təyyarəsi başqa hava limanına yönləndirilib.

Şənbə günü isə Norveç polisi Orlanddakı əsas aviabaza yaxınlığında mümkün pilotsuz uçuşların qeydə alınmasından sonra Nordland bölgəsindəki dörd hava limanında - Bronneyzund, Bude, Evenes və Andenes hava limanlarında pilotsuz uçuş qaydalarını sərtləşdirib.

Şənbə günü Danimarka da hərbi obyektlərin yaxınlığında pilotsuz uçuşların qeydə alındığını açıqlamışdı. Baltik regionundakı strateji obyektlər yaxınlığında artan bu hadisələrdən sonra NATO Baltik dənizində patrul fəaliyyətini gücləndirməyə qərar verib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm