Avropa
Almanların 70 faizi Rusiya ilə vuruşmaq istəmir: Elita isə...
Almaniya kansleri Fridrix Mers Avropanı Rusiya ilə müharibəyə sürükləmək və onu “militarizasiya girdabına” salmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə alman politoloq Aleksandr Rar bildirib.
Onun sözlərinə görə, Merts özünü avropalıların Rusiya təhlükəsindən “şanlı xilaskarı” kimi təsəvvür edir. Rar qeyd edib ki, almanların 70%-nin Rusiya ilə döyüşməyə hazır olmamasına baxmayaraq, alman elitasında fərqli əhval-ruhiyyə hökm sürür.
Politoloqun sözlərinə görə, onların 80 faizi Rusiya ilə qarşıdurmanın tərəfdarıdır.
Rar Merts və onun kimilərinə tarixin dərslərini, Napoleon və Hitlerin Şərqə yürüşlərinin nəticələrini xatırladıb. Bu arada ekspert hesab edir ki, Avropa rəsmiləri nüvə eskalasiyası təhlükəsini lazımi səviyyədə qiymətləndirmirlər.
Politoloqun özü və Almaniyadakı həmsöhbətləri ümid edirlər ki, Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp ABŞ Konqresinə seçkilərə qədər Ukrayna münaqişəsini həll edə biləcəklər. Rar əlavə edib ki, ABŞ-ın dəstəyi olmadan Avropa ordularının Rusiyaya qarşı qələbə şansı yoxdur.
Adəm
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq


































.jpg)




