Çində DƏHŞƏT YAŞANDI: göydən alov topları yağdı - VİDEO
Bizi izləyin

Dünya

Çində DƏHŞƏT YAŞANDI: göydən alov topları yağdı - VİDEO

Çində dron və fişənglərdən istifadə edilərək təşkil olunan tamaşa hələ məlum olmayan səbəbdən nəzarətdən çıxıb.

Publika.az xəbər verir ki, göydən alov topları və qığılcımlar yağıb, bu isə ətrafda yanğınlara səbəb olub və tamaşaçılara qorxu dolu anlar yaşadıb.

“October: The Sound of Blooming Flowers” adlı tamaşa Çini Liuyanqda şəhərində (Hunan əyaləti) baş verib. Tamaşanın məqsədi dron və fişənglərdən ibarət 3D vizual effekt yaratmaq olub.

Tamaşa zamanı texniki nasazlıq meydana gəlib və bu səbəbdən alovlu parçalar alçaq hündürlükdə aktivləşib. Bu da onların hələ havada tam sönmədən yerə düşməsinə səbəb olub. Bu sırada müxtəlif yerlərdə kiçik yanğınlar çıxıb, lakin yerli rəsmilər bunları qısa müddətdə söndürə bildiklərini açıqlayıblar.

Xoşbəxtlikdən, bu hadisə nəticəsində insan tələfatı və yaralıların oması barədə məlumat verilmir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm