ABŞ
Ağ Evdə DÖYÜŞ GECƏSİ - Tramp yubileyini fərqli qeyd edəcək
ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi münasibətilə 2026-cı il 14 iyun tarixində Ağ Evdə UFC çempionluq döyüşü keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Amerika lideri ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantikdəki əsas bazasına — Virciniya ştatının Norfolk şəhərinə səfəri zamanı bildirib. Həmin səfər ölkənin Hərbi Dəniz Qüvvələrinin 250 illik yubileyi münasibətilə təşkil olunmuş bayram tədbirləri çərçivəsində baş tutub.
"Gələn ilin iyunun 14-də Ağ Evdə, prezident iqamətgahının ərazisində böyük UFC döyüşü keçiriləcək", - Tramp təfərrüatları paylaşıb.
Bu tarix Amerika administrasiyasının rəhbərinin 80 illik yubileyinin qeyd edilməsi ilə üst-üstə düşür.
Hələ iyulun əvvəlində Tramp 2026-cı il iyulun 4-də qeyd olunan Müstəqillik Bəyannaməsinin 250-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində 2026-cı ildə Ağ Evdə UFC turnirinin keçirilməsini xatırladıb. Siyasətçi izah edib ki, əsl çempionluq döyüşü planlaşdırılıb və 20-25 min azarkeşin iştirak edəcəyi gözlənilir.
Hüseyn İbadlı
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)




























.png)

.jpg)





