ABŞ
“Detlef” qasırğası Almaniyanı cənginə aldı
Həftəsonu Almaniyanı bir sıra əyalətlərində tüğyan edən “Detlef” qasırğası ciddi fəsadlar törədib.
Publika.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Baden-Vürttemberq əyalətində ağacın mikroavtobusun üzərinə aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Raynland-Pfalts əyalətində isə güclü külək bir nəfərin xəsarət almasına səbəb olub. Şimali Reyn-Festfaliya əyalətində də ağacların aşması sakinlər üçün bir sıra çətinliklər yaradıb.
Qasırğa Şimal dənizi sahillərində suyun səviyyəsinin kəskin yüksəlməsinə səbəb olub və daşqın təhlükəsi barədə xəbərdarlıq edilib. Hamburgda Elba çayının sahilindəki bəzi ərazilər su altında qalıb. Güclü külək suyu şəhərin mərkəzinə doğru yönləndirib. Şlezviq-Holştayn əyalətinin sahilboyu ərazilərində gəmirlərin hərəkətində ciddi çətinliklər yaranıb, bəzi reyslər tamamilə ləğv olunub. Şimal dənizi adalarında, bir sıra çimərliklərdə qum və torpaq kütləsinin yuyulması nəticəsində bir neçə metrlik uçqunlar yaranıb.
Qasırğanın bazar ertəsi zəifləyəcəyi bildirilir.
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq
-
Qoroskop02:00Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü






































