Dünya
Hakan Fidan Qəbələdən Türk dünyasına səsləndi: Əsas aktor olmalıyıq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı diqqət çəkən fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, Fidan sammitin əsas mövzusunun regional sülh və sabitlik olduğunu vurğulayıb.
"Sülh və uzunmüddətli sabitlik yalnız davamlı koordinasiya və tərəfdaşlığımızı gücləndirməklə mümkün olacaq. Bu məqsədə çatmağın yolu geosiyasi məsələlərdə ahəngdar hərəkət etmək, beynəlxalq məsələlərdə koordinasiyamızı gücləndirmək, beynəlxalq səviyyədə əməkdaşlığı gücləndirmək və vahid səslə çıxış etməkdir", - deyə o vurğulayıb.
Fidanın sözlərinə görə, Türk Dünyası artıq regional tarazlıqları formalaşdıran əsas aktor olmalıdır:
“Təşkilatımızın ən böyük gücü, üzvləri arasında qarşılıqlı etimad və əməkdaşlığın getdikcə dərinləşməsidir. Regional və qlobal çağırışlarla üzləşmək üçün daha tez-tez bir araya gəlməliyik. Türk Dünyası olaraq harada birgə addımlar atacağımız barədə vaxtında məsləhətləşmələr aparmalıyıq".
Nazir avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışladıqlarını vurğulayıb: “İnanırıq ki, əldə olunanlar regionda yeni nəqliyyat və kommunikasiya xətlərinin açılması yolu ilə tarixi İpək Yolunu canlandırmaq səylərimizə töhfə verəcək”.
Roza
-
İdman15:40
Ən gözəl seçki: Bu iki xanım prezident olmaq istəyir - FOTOLAR
-
Rəsmi xronika15:31
TDT-nin Qəbələ Bəyannaməsi qəbul edildi
-
İdman14:32
Azərbaycan millisinin sabiq üzvündən erməniyə: Bu eybəcərliyi Qafqazın hansı ölkəsində öyrənibsən?
-
Sosial14:02
Pensiyalarla bağlı yeni qaydalar təsdiq edildi - Nə olacaq?
-
İdman13:50
Bekhemin dəbdəbəli kolleksiyası: Birinin qiyməti 1 milyon dollardan çoxdur - FOTOLAR
-
Rəsmi xronika13:48
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO