Nida Xəbər
Qəbələdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi - FOTO
2025-ci il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşerbayev, Qırğızıstan Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Baxtiyor Saidov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev, eləcə də hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da toplantıda iştirak edib və çıxış edib.
Xanım Raimkulova Azərbaycan tərəfinə səmimi qonaqpərvərliyə və Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, sülh və təhlükəsizlik mövzusu dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi və gələcək nəsillər üçün mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxışının davamında Türk Mədəniyyəti və İrsi Fondunun cari ildə gördüyü işlər barədə ətraflı məlumat verən Aktotı Raimkulova deyib:
“2025-ci ildə biz restavrasiya, muzeyləşdirmə, rəqəmsallaşdırma və mübadilə proqramlarını əhatə edən 65 layihə həyata keçirdik. Bütün təşəbbüslərimizdə inteqrasiya, əməkdaşlıq və birliyə üstünlük veririk. Türk Dünyasına Baxış–2040 sənədinə və Astana Nizamnaməsinə uyğun olaraq ilk “Türk Dünyası Mədəni İrsinin Çoxdilli Kataloqu”nu nəşr etdik. Bu nəşr gələcəkdə “Turkic Heritage” (“Türk İrsi”) adlı Rəqəmsal Platformanın əsasını təşkil edəcək.
Eyni zamanda, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi ilə çoxcildli “Türk Folklor İrsi” antologiyasını həyata keçirdik.
YUNESKO-nun Parisdəki baş qərargahında “Divani Lüğət ət-Türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans təşkil etdik.
Fondumuz “Türk Dünyasına Baxış 2040” və “TURKTIME” sənədlərinə əsaslanaraq YUNESKO, İSESKO və Türk əməkdaşlıq təşkilatları ilə tərəfdaşlıqları gücləndirməyə davam edir”.
Xanım Aktotı Raimkulovanın sözlərinə görə, bu ilin may ayında Budapeştdə keçirilən Qeyri-rəsmi Zirvə Görüşündə Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi qəbul olunması barədə tarixi qərar qəbul edilib ki, bu da Türk ailəsini daha da zənginləşdirib.
Fond rəhbəri, həmçinin Türkmənistanın müşahidəçi kimi Təşkilata qoşulmaq istəyini mühüm addım kimi qiymətləndirib və bu ölkənin yaxın gələcəkdə tamhüquqlu üzv kimi ailəyə qatılacağına ümid etdiyini bildirib.
Fond prezidentinin çıxışı Türk dövlətləri arasında mədəni həmrəyliyin və birliyin daha da güclənməsinə çağırışla yekunlaşıb.
-
Hadisə20:48Minaya düşən traktorçunun vəziyyəti açıqlandı - Yeniləndi
-
Region20:36Ankarada mədəndə uçqun: 1 nəfər öldü, çox sayda yaralı var
-
Dünya19:405 ölü, 91 yaralı var - Zelenski Rusiyanın bu zərbəsini terror aktı adlandırdı
-
ABŞ17:02ABŞ-İsrail ittifaqında çatlar: Tramp Netanyahudan üz döndərir?
-
Rəsmi xronika15:56Prezident fərman imzaladı
-
ABŞ15:54İran ABŞ-ın ən həssas nöqtəsini hədəfə aldı - Siyahıda nəhəng şirkətlər var
-
Rəsmi xronika13:49Özbəkistanlıların Azərbaycana axını: Prezident rəqəmləri açıqladı
-
Yaxın Şərq13:26İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma









.jpg)
.jpg)
.jpg)





















