Ən gözəl seçki: Bu iki xanım prezident olmaq istəyir - FOTOLAR
Bizi izləyin

İdman

Ən gözəl seçki: Bu iki xanım prezident olmaq istəyir - FOTOLAR

Belçikalı model Vircini Filippo Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti postuna namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, 33 yaşlı gözəl"Miss Belçika 2012" və "Miss International 2017" gözəllik müsabiqələrinin iştirakçısı kimi tanınıb. O, həmçinin Konqo Demokratik Respublikasında yetim uşaqlara yardım və təhsilin dəstəklənməsi ilə məşğul olan "Drive For Hope" adlı assosiasiyanın təsisçisidir.

Vircini prezidentliyə yeganə qadın namizəd deyil. Keçmiş yarış pilotu Laura Villars bu vəzifəyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl bəyan edib. 28 yaşlı idmançı 2023-cü ildə Formula 4 seriyasında çıxış etməklə avtoidman karyerasına başlayıb. O, həmçinin həvəskarlar üçün keçirilən "Ferrari" seriyasının qalibi olub. 2025-ci ildə isə "Ligier Euro" çempionatında yeddi yarışda iştirak edib.

Prezident postu uğrunda mübarizədə gözəllərin əsas rəqibləri keçmiş FİA stüardı Tim Meyer və qurumun hazırkı rəhbəri Məhəmməd ben Sulayemdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm