Arvadım gecələr ilan olub məni dişləyir, oyanmasam... - Kişi polisə şikayət etdi
Bizi izləyin

Dünya

Arvadım gecələr ilan olub məni dişləyir, oyanmasam... - Kişi polisə şikayət etdi

Hindistanda kişi arvadının gecələr ilana çevrildiyini iddia edib.

Publika.az xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında Merac adlı sakin yerli administrasiyaya qeyri-adi şikayətlə müraciət edib. O, həyat yoldaşının gecələr zəhərli ilana çevrildiyini və onu dişləməyə çalışdığını iddia edib.

NDTV-nin məlumatına görə, Merac bu məsələni vətəndaş qəbulunda səsləndirib. Qeyd edilib ki, bu qəbulda adətən sakinlər yol problemləri, elektrik kəsintisi və ya sosial yardımlarla bağlı müraciət edirlər. Lakin Meracın şikayəti hamını təəccübləndirib.

Kişi bildirib ki, həyat yoldaşı yuxuda bir neçə dəfə ona hücum edib və bir dəfə hətta onu dişləyə bilib. Onun sözlərinə görə, o vaxtında oyanmasa, arvadı onu öldürə bilər.

Məsələ ilə bağlı yerli polis araşdırma aparır. Hüquq-mühafizə orqanları hadisənin psixoloji zorakılıq və ya zehni pozğunluqla əlaqəli ola biləcəyini istisna etmir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm