Dünya
Möcüzə: yaddaşsızlıq 10 nəfərin həyatnı xilas etdi
“AirAsia” hava yollarına məxsus təyyarənin itməsi 162 nəfərin həyatına son qoysa da (təyyarə tapılmasa da sərnişinlərin sağ qalma ehtimalının olmadığı deyilir) , 10 nəfərlik bir ailə möcüzə sayəsində sağ qala bilib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ailənin başına gələnlər həyatda əslində heç bir şeyin təsadüf olmadığını bir dəfə daha göstərdi.
İndoneziyalı 10 nəfərlik bir ailə “AirAsia”ya məxsus təyyarənin uçuş saatını səhv bilib və iki saat gecikərək təyyarəyə minə bilməyib.
Ailənin 36 yaşlı üzvü Kristianavati “hadisə barəsində eşidəndə şok oldum və ağladım. Mənim və ailəmin təyyarəyə minməməsi Tanrının gizli bir lütfü idi. Ümid edirəm ki, təyyarədəki hər kəs sağ-salamat xilas olar” dedi.
Qeyd edək ki, QZ8501 uçuş nömrəsi ilə uçan təyyarə ilə əlaqə 28 dekabr yerli vaxtla saat 07:24-də kəsilib. “Airbus A320-200” tipli təyyarədə olanlardan 155-i sərnişin, 7-si ekipaj üzvüdür. Məlumata görə, təyyarə ilə əlaqənin itməsindən əvvəl ekipaj heyəti sıx hava buludundan qaçmaq üçün təyyarəni 9,75 kilometrdən 11,5 kilometrə qədər qaldırdığını bildirib.
Ömər Dağlı
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO