NATO 2 həftəlik təlim keçirəcək
Bizi izləyin

Dünya

NATO 2 həftəlik təlim keçirəcək

NATO-nun illik nüvə qarşısının alınması təlimi - "Steadfast Noon" başlayır.

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bildirib.

"Qeyd etmək lazımdır ki, bu təlimlər hər il keçirilir. Biz bunu etməliyik, çünki bu, nüvə çəkindirici vasitəmizin maksimum etibarlılığını, təhlükəsizliyini və effektivliyini təmin etməyə kömək edəcək", - o qeyd edib.

M.Rütte əlavə edib ki, bu, həmçinin istənilən potensial rəqibə bütün müttəfiqləri istənilən təhlükədən müdafiə edə və qoruya biləcəklərini göstərir.

Qeyd edək ki, təlim Avropanın şimal-qərbindəki Şimal dənizi regionunda baş tutacaq. Burada NATO üzvü olan 14 ölkədən 2 000 hərbçi və 71 təyyarə iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm