Yaxın Şərq
Netanyahu xanımı ilə hava limanında Trampı gözləyir - FOTO
İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ABŞ prezidenti Donald Trampın İsrailə enişinə az qalmış Ben Qurion hava limanına gəliblər.
Publika.az xəbər verir ki, onlar ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff, eləcə də Trampın qızı İvanka Tramp və atəşkəsin, həmçinin girovların azad edilməsi sazişinin əsas vasitəçisi olan onun həyat yoldaşı Jared Kuşnerlə söhbət edərkən görüntüləniblər.
Məlumata görə, Trampın "Air Force One" təyyarəsi Ben Qurion hava limanına enmədən öncə ölkənin sahilboyu əraziləri üzərindən aşağı hündürlükdə uçub.
Təl-Əviv çimərliyində ABŞ prezidentinə təşəkkür ifadə edən nəhəng lövhə nümayiş etdirilib. Lövhənin üzərində “Təşəkkür edirəm” yazısı, həmçinin ingilis və ivrit dillərində “ev” sözü yer alıb.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































