Magazin1
Rəşad Dağlının oğlu atasının adını yenidən gündəmə gətirdi - VİDEO
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov karate turnirində çempion titulunu qazanıb.
Publika.az xəbər verir ki, bu barədə Yusif özü şəxsi “İnstagram” hesabında paylaşım edib.
O, uğuruna görə məşqçilərinə və komanda yoldaşlarına təşəkkürünü bildirib.
Onu təbrik etməyə Azərbaycan karateçisi, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev də gəlib. R.Ağayev bildirib ki, Yusifi qardaşının balası sayır, uğuruna sevinir və belə bir məqamda yanında olmaqdan qürur duyur.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(“Yeni Sabah”)
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir










.jpg)



















.jpg)






