Sosial
Kirayəsi 10 min manata mənzil - FOTOLAR
Təhsil mövsümünün başlaması ilə paytaxtın kirayə mənzil bazarında bahalaşma tendensiyası daha da sürətlənib. Hazırda Bakının bir çox ərazilərində kirayə mənzil tapmaq müşkülə çevrilib.
Publika.az xəbər verir ki, şəhərin elə əraziləri var ki, orada təklif olunan kirayə mənzillərin aylıq qiyməti əsla tələbə cibi üçün deyil.
“Şah İsmayıl Xətai” metrostansiyasının yaxınlığındakı massivində ümumi sahəsi 370 kvardatmetr olan 4 otaqlı mənzilin aylıq kirayə qiyməti nə az, nə çox, düz 10 min manata təklif olunur.
Sözügedən ev 32 mərtəbəli binanın 26-cı mərtəbəsində yerləşir.
Elanda yer alan məlumatlara görə, bina 24 saat mühafizə xidməti ilə təmin edilib. Evin altında sakinlərin istifadəsi üçün qaraj fəaliyyət göstərir. Sözügedən bina məktəb, baxça və iaşə məntəqələrinin yaxınlığındadır.
Sözügedən intensiv qiymət artımı tendensiyasını nəzərə alsaq, yaxın vaxtlarda elan saytlarında bu qəbildən olan kirayə mənzil qiymətlərini tez-tez görəcəyimiz şübhə doğurmur.(“Yeni Sabah”)





-
ABŞ07:30Saxta peyğəmbər "şeytan" adlandırdığı qadını YANDIRDI
-
İdman06:46Messinin 10 yaşlı oğlu hər kəsi heyran edir - VİDEO
-
Magazin106:16Həmin qəzadan danışdı: “Kəmər bağlı olmasaydı…”
-
Magazin202:42Coli və Pittin 17 yaşlı oğlu imicini kökündən dəyişdi - FOTO
-
ABŞ01:41Ceff Bezosun şirkəti Marsa raket buraxdı
-
Magazin200:45Milyardlıq sərvəti var imiş
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uzlaşmaq çətin ola bilər
-
İdman13 Noyabr 23:36Arnar Qunnlauqssodan ETİRAF: “Yaxşı ki, baş hakim penalti vermədi”
























.jpg)








.jpg)



