Tramp Ərdoğanı təriflədi: “Möhtəşəm idi"
Bizi izləyin

Dünya

Tramp Ərdoğanı təriflədi: “Möhtəşəm idi"

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə edilməsində iştirak edən ölkələrlə bağlı danışıb.

Publika.az xəbər verir ki, Tramp bu gün Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək üçün Misirə uçarkən jurnalistlərin suallarını cavablandırıb.

O, sülhə töhfə verən ölkələr arasında Türkiyənin önəminə diqqət çəkib: "Türkiyə əla idi. Prezident Rəcəb Tayyib Ərdoğan möhtəşəm idi, həqiqətən kömək etdi. Çünki ona çox hörmət edilir. Onun çox güclü xalqı, çox güclü ordusu var”.

Tramp atəşkəs rejiminin qorunub saxlanmasının bir çox səbəbi olduğunu vurğulayıb: "İnsanlar yorulub. Yalnız son zamanlarda deyil, əsrlərdir. Düşünürəm ki, hər kəs öz yerini bilir. Bu, İsrail üçün, ətrafındakı müsəlman dövlətlər və hər kəs üçün çox gözəl olacaq”.

Qəzzanı ziyarət edib-etməyəcəyi ilə bağlı suala Tramp "Çox istərdim və qürur duyaram. Ziyarət etmədən də görürəm, amma ora ayaq basmaq istərdim. Qəzza qarşıdakı onilliklərdə möhtəşəm bir möcüzə olacaq" deyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm