Sosial
Rəşad Dağlı bu vaxt əfv oluna bilər - Qanun belə deyir

Azərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır.
Publika.az xəbər verir ki, əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir.
Mətbuatda və sosial şəbəkələrdə dərc olunan xəbərlərə görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və ya Yeni il bayramları ilə əlaqədar, qışda dövlət başçısı tərəfindən əfv sərəncamı imzalana bilər.
Hazırda bir çox insan tərəfindən əfvi arzulanan tanınmış simalardan biri də meyxanaçı Rəşad Əmirovdur (Dağlı). Tanınmış söz sənətçisi 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il 6 ay azadlıqdan məhrum edilib.
"Əfvetmə haqqında Əsasnamə"yə əsasən əfv sərəncamı bir qayda olaraq, məhkumların aşağıdakı vəziyyətlərinə görə verilə bilər:
8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
8.4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
8.5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
Qanunvericilikdə də öz əksini tapdığı kimi, meyxanaçı Rəşad Dağlı ona verilmiş həbs cəzasının ən az 1/2-ni çəkməlidir. Hazırda onunla bağlı məhkəmə hökmünün verilməsindən 2 il 3 ay ötüb. Bu isə o deməkdir ki, gözlənilən əfv sərəncamı tanınmış meyxanaçıya şamil olunmayacaq.(yenisabah.az)
-
Rəsmi xronika14:36
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir
-
Qoroskop13:12
Zəngin olmadan ölməyəcək 4 bürc - Onlar pulu maqnit kimi cəlb edirlər
-
İdman12:36
Kişilər mənə pul verirsə, niyə almayım? - Açıq-saçıq FOTOLARI ilə milyonlar qazanır
-
Sosial11:57
Əli Əsədov yeni qərar imzaladı
-
Elm və təhsil10:52
Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik
-
Yaxın Şərq10:49
Tramp İsrailə gəldi - VİDEO
-
MDB10:25
Razim Abbasovun villasında əməliyyat keçirildi - FOTO
-
Nida Xəbər 09:33
"Vüsal 300" kimi tanınan iş adamı ev dustaqlığına buraxıldı