Yaxın Şərq
HƏMAS atəşkəsə əməl etməsə, nə baş verəcək? - Tramp sualları cavablandırır
ABŞ prezidenti Donald Tramp Knessetdə jurnalistlərə açıqlama verib.
Publika.az xəbər verir ki, Tramp Qəzza müharibəsinin başa çatıb-çatmadığına dair suala “bəli” cavabını verib.
“Bu, böyük gündür. Bu, tamamilə yeni bir başlanğıcdır və düşünürəm ki, bu hadisənin bənzəri olmayıb”, - Tramp bildirib.
O əlavə edib ki, küçələrdəki sevgi və coşqu heyrətamizdir və bu günün həqiqətən möhtəşəm gün olduğunu vurğulayıb.
HƏMAS-ın atəşkəsə əməl etməməsi halında nə baş verəcəyinə dair suala cavabında isə Tramp qısa şəkildə “Onlar əməl edəcəklər”, - deyib.
Girovlardan danışarkən ABŞ prezidenti belə deyib: “Onlar üçün çox xoşbəxtik. Onlar xoşbəxt olacaqlar və gözəl bir həyat sürəcəklər. Onlar çox cəsur olublar”.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































