İdman
Kişilər mənə pul verirsə, niyə almayım? - Açıq-saçıq FOTOLARI ilə milyonlar qazanır
Peşəkar idmançılar zədə səbəbindən meydandan kənarda qaldıqları vaxt nə ilə məşğul olurlar? Bəziləri kitab oxuyur, bəziləri seriallara baxır, kimisi isə başqa sahədə karyera qurmağa başlayır. Gəlin onlardan biri ilə tanış olaq - Saşa Vikeri.
Publika.az xəbər verir ki, Saşa 1995-ci il mayın 11-də Florida ştatının Hollivud şəhərində anadan olub. Yazın sonunda o, 30 yaşını qeyd edib. Vikerinin Qayana kökləri var. Onun anası Cənubi Amerikanın şimal-şərqində yerləşən bu ölkədəndir.

Saşa 6 yaşında tennisə başlayıb. Yeniyetmələr arasında dünya reytinqində 6-cı yerə qədər yüksəlib, böyüklər arasında isə ITF turnirlərində 2 dəfə qalib gəlib. 2018-ci ildə WTA reytinqində 78-ci pilləyə qədər irəliləyib.
O, superulduz olmasa da, yarışlarda daimi iştirakçı olub. Lakin çiyin zədəsi onun həyatını xeyli dəyişib. Oyun təcrübəsindən uzaq qaldığı müddətdə Saşa "OnlyFans" platformasında hesab açıb.

“Təmamilə açıq-saçıq məzmun paylaşmıram. Bəli, alt paltarı ilə və bir qədər cəsarətli fotolarım olur, amma heç vaxt tam soyunmuram, porno videoları çəkmirəm. İnsanlar səni "OnlyFans"da görəndə dərhal "porno ulduzdur" deyirlər. Anlamırlar ki, orada fərqli səviyyələr var. Mən bunu əvvəlcədən bilirdim və əgər belə reaksiyalara dözə bilmirsənsə, o platformaya çıxmamalısan”, – deyə o, müsahibəsində bildirib.
Onun hesabına aylıq abunə 12,99 dollara başa gəlir. “Əgər kişilər mənə pul vermək istəyirlərsə, niyə almayım? Onsuz da bikini və idman geyimlərində oluram, sadəcə indi bunu çəkirəm. Mənim üçün bu, qeyri-adi bir şey deyil”, – deyə Vikeri izah edib.

Tennisçi "OnlyFans"da cəmi 3 ayda 1 milyondan dollardan çox qazanıb. Halbuki bütün tennis karyerası ərzində onun ümumi qazancı 3 milyon dollar olub.
“Mən hər il təxminən 100 min dolları məşqçilərə, hotellərə, qidalanmaya, fizioterapiyaya xərcləyirəm. Əgər əlavə gəlir mənbəyim varsa, bunda pis bir şey görmürəm. Qazancımın böyük hissəsini yenə tennisə yatırmışam. Əgər tennisçilərin "OnlyFans"a getməsini istəmirsinizsə, elə bir sistem yaradın ki, "ilk 100"-lüyə daxil olmayan oyunçular da layiq olduqları qədər qazansınlar. Əgər tennisdə normal qazanc olsaydı, idmançılar nə mərc oyunlarına, nə də "OnlyFans"a üz tutardılar”, – deyə Saşa vurğulayıb.
O, bir müddət əvvəl yenidən korta qayıdıb. "US Open"-in seçmə mərhələsində çıxış edib, amma əsas mərhələyə yüksələ bilməyib.







-
İdman21:48Azərbaycan - İslandiya oyununda 2-ci QOL - CANLI/YENİLƏNİR
-
Nəqliyyat19:48Zəngəzur dəhlizinə gedən dəmiryol xətti ilə bağlı YENİ XƏBƏR - VİDEO
-
İdman19:36Türkiyədə MƏRC QALMAQALI: 102 futbolçuya CƏZA VERİLDİ - ADLAR
-
Nəqliyyat19:24Bakıda diplomatik nömrəli maşınla qaydaları pozdular - DİN-dən AÇIQLAMA
-
Magazin119:12Səmra dərin sinə dekolteli mini libasda - “ÇƏHRAYI FOTOLAR”
-
Cənubi Qafqaz19:00Qalstanyanın həbs müddəti YENƏ UZADILDI
-
Magazin217:40Üzünə həsəd aparır göydəki Ay da: Dünyanın ən gözəl qadınları - FOTOLAR
-
Sosial16:40Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi







.jpg)


















.jpg)







.jpg)


