Dünya
İnsan yeyən canavarlar ölkəni qorxuya salıblar: 12 saat ərzində 5 nəfərə hücum ediblər
Hindistanın Uttar Pradeş ştatında insan yeyən canavarlar 12 saat ərzində 5 nəfərə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Sentyabr ayında üç həftə ərzində canavarların altı nəfəri - dörd uşaq və bir qoca cütlüyü parçalayıb. 20-dən çox insan yaralanıb.
Gecə saat 03:00 radələrində canavar yatmış 40 yaşlı qadına hücum edib. Bir neçə saat sonra vəhşi canavarlar biri 4, digəri 13 yaşında olan iki qıza hücum edib. Daha sonra yırtıcı yeddi yaşlı qızın üzərinə atılaraq onun boynunu dişləyib. Növbəti hücumda dörd yaşlı uşaq yaralanıb. İnsanlar həyəcan təbili çalaraq canavarları qovublar, meşə xidməti isə yaralıları xəstəxanalara çatdırıb. Ən ağır yaralanan isə boyunundan xəsarət alan qız olub. O, müalicə üçün ştatın paytaxtı Laknau şəhərinə göndərilib .
Uttar Pradeş səlahiyyətliləri canavarların axtarışı üçün 20-dən çox meşə mühafizəçiləri və peşəkar atıcılardan ibarət komanda göndərib. Gecələr ərazini yoxlamaq üçün dronlardan da istifadə edilir.
Tural
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 7 Dekabr 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
-
İdman7 Dekabr 16:42Messi tarixi uğurdan danışdı






























.jpg)




