Dünya
Kremldən Bəşər Əsədin taleyi ilə bağlı açıqlama: Qurban verilir?

Rusiya lideri Vladimir Putinlə suriyalı həmkarı Əhməd əl-Şara arasında danışıqlardan sonra Kremlin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin taleyi ilə bağlı heç bir məlumatı yoxdur.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Kremldə keçirilən görüşdə Əsədin taleyinin müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Bizim bu kontekstdə Əsədlə bağlı deyəcək sözümüz yoxdur”.
Oktyabrın 15-də Əhməd Əl-Şaraa rəsmi səfərlə Moskvaya gəlib və bu səfər zamanı Rusiya prezidenti Vladimir Putin onu Kremldə qəbul edib.
Danışıqlar zamanı Suriya lideri Rusiya ilə münasibətləri yenidən qurmaq niyyətində olduğunu açıqlayıb. O, həmçinin əmin edib ki, Moskva və Dəməşq tarixi əlaqələri bölüşdüyü üçün bu ölkə “yeni Suriyanın” inkişafında mühüm rol oynayacaq.
Tural
-
Sosial17:28
Mayor İlham Haqverdiyev saxlanıldı
-
Region16:47
Ermənistanda rusları güllələdilər
-
Nida Xəbər 15:46
Saakaşvili paylaşım etdi: İlham Əliyev bütün Qafqazın şərəfini qorudu
-
Nida Xəbər 15:30
Ramiz Mehdiyevin dövlət çevrilişi planını bu ölkə ifşa edib - ŞOK DETALLAR
-
Sosial15:26
Bakıda hərbi parad keçiriləcək
-
Magazin214:20
Görkəminə ildə 1 milyon xərcləyir: Görün Kardaşyan hansı məhsulun qiymətini bilmir - FOTOLAR
-
Sosial13:56
Çörəyin ən baha satıldığı ölkələr: Azərbaycan dünya reytinqində...
-
Sosial13:27
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinatlar