Zelenski göydə olanda Tramp Putinlə razılaşdı: Ukrayna şokda
Bizi izləyin

Dünya

Zelenski göydə olanda Tramp Putinlə razılaşdı: Ukrayna şokda

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlar Ukrayna lideri Vladimir Zelenski üçün sürpriz olub.

Publika.az xəbər verir ki, bu barədə “Axios” yazıb.

Vaşinqtona gələn Zelenskinin Trampla gözlənilən görüşü və Kiyevə uzaqmənzilli “Tomaqavk” raketlərini ötürmək istəyi ilə bağlı nikbin olduğu bildirilir. Amma Amerika prezidenti ilə Rusiya prezidenti arasında söhbət Ukrayna lideri üçün gözlənilməz olub.

“Endryus Hərbi Hava Qüvvələri bazasına endikdən az sonra Ukrayna prezidenti və komandasını Trampın Vladimir Putinlə danışdığını və onunla Avropa İttifaqının Ukraynaya dost olmayan ölkə olan Macarıstanda görüşməyə razılaşdığını elan etməsi şoka salıb”, - məlumatda deyilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm