Kloppun ikinci iş yeri müəyyənləşdi
Bizi izləyin

İdman

Kloppun ikinci iş yeri müəyyənləşdi

Hazırda “Red Bull” şirkətində futbol üzrə qlobal rəhbər vəzifəsini icra edən əfsanəvi alman məşqçi Yurgen Klopp daha bir iş yeri tapıb.

Publika.az xəbər verir ki, o, Almaniya Futbol Liqasının (DFL) nəzdində yeni yaradılmış ekspert qrupuna qoşulmaq təklifini qəbul edib.

Bu qrupun əsas məqsədi Almaniya futbolunun uzunmüddətli inkişaf strategiyasını hazırlamaq, gənclər akademiyalarını gücləndirmək və Bundessliqanın beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaq üçün klub strukturlarını təkmilləşdirməkdir.

Kloppla birlikdə qrupa “Real”ın və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Sami Xedira, həmçinin aparıcı alman klublarının yüksək vəzifəli menecerləri də daxil olub.

Bu təyinat Kloppun yaxın vaxtlarda məşqçiliyə qayıdacağı ilə bağlı yayılan söz-söhbətlərə də son qoyub. Onun adı “Əl-İttihad” və “Benfika” kimi klublarla hallanırdı.

Qeyd edək ki, Klopp DFL-dəki yeni vəzifəsini “Red Bull”dakı işi ilə paralel şəkildə yerinə yetirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm