Dieqo Kosta yenə iş başında: Bu dəfə qadın futbolçunu yerə yıxdı - VİDEO
Bizi izləyin

İdman

Dieqo Kosta yenə iş başında: Bu dəfə qadın futbolçunu yerə yıxdı - VİDEO

“Çelsi”nin sabiq hücumçusu Dieqo Kosta hər zamankı kimi, qalmaqallı davranışına görə yenidən sosial şəbəkələrin gündəminə çevrilib.

Publika.az xəbər verir ki, xeyriyyə məqsədli “Çelsi” və “Liverpul” əfsanələri arasında keçiriləcək oyun öncəsi məşq zamanı ispan futbolçu London klubunun qadın komandasının sabiq oyunçusu Cemma Deyvissonu sərt şəkildə yerə yıxıb.

Hadisə videoya düşüb və qısa müddətdə sosial şəbəkələrdə viral hal alıb. Görüntülərdə Kostanın topu ələ keçirməyə çalışdığı, Deyvissonun isə bədənini irəli verərək topu qorumağa cəhd etdiyi, daha sonra isə ispan hücumçunun bütün gücü ilə rəqibə çırpıldığı əks olunub.

Həmin anlarda kadrda “Çelsi”nin əfsanəsi Con Terri də görünür və zarafatla “Dieqoya sarı vərəqə!” deyə səslənir. Bu da Londonda oynadığı dövrdə 120 oyunda 30 xəbərdarlıq alan Kostanın aqressiv reputasiyasına eyham kimi dəyərləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm