Çin ABŞ-ın Rusiyaya ultimatumuna cavab verdi
Bizi izləyin

Dünya

Çin ABŞ-ın Rusiyaya ultimatumuna cavab verdi

Çin ABŞ-ın Pekinin Moskva ilə əlaqələrindən qeyri-qanuni birtərəfli məhdudiyyətlər tətbiq etmək üçün bəhanə kimi istifadə etmək cəhdlərinə kəskin etirazını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinq zamanı bildirib.

Diplomat vurğulayıb ki, Çin Ukrayna böhranının həllinə qərəzsiz və balanslı yanaşma nümayiş etdirir. Bu bəyanat ABŞ prezidenti Donald Trampın digər ölkələrə yeni gömrük rüsumları tətbiq etmək hədələri ilə müşayiət olunan Rusiya Federasiyasından neft alışını dayandırmaq tələblərinə cavab idi.

Xarici İşlər Nazirliyinin nümayəndəsi xüsusi olaraq qeyd edib ki, Pekin Vaşinqtonun ekstraterritorial yurisdiksiyadan istifadə təcrübəsini və Çin qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlərin qanunsuz istifadəsini qəti şəkildə pisləyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm