Sərnişin avtobusunu dronla vurdular - Ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Sərnişin avtobusunu dronla vurdular - Ölən və yaralananlar var

Ukraynanın Sumı vilayətində mikroavtobusa dron hücumu olub.

Publika.az xəbər verir ki, nəticədə 69 yaşlı kişi ölüb, 8 yaşlı oğlan və 15 yaşlı qız da daxil olmaqla 12 nəfər yaralanıb.

Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, yaralılardan ikisinin - uşaq və bir böyüyün vəziyyəti ağırdır. Həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm