Tramp Modinin aksentini təqlid etdi: “Atanızın belə olmasını istərdiniz” - VİDEO
Bizi izləyin

Dünya

Tramp Modinin aksentini təqlid etdi: “Atanızın belə olmasını istərdiniz” - VİDEO

ABŞ prezidenti Donald Tramp Pakistan və Hindistan arasındakı münaqişə ilə bağlı çıxışında Hindistanın Baş naziri Narendra Modinin aksentini təqlid edib.

Publika.az xəbər verir ki, Tramp Modini “gözəl görünüşlü adam” adlandıraraq zarafatla “Atanızın belə olmasını istərdiniz” deyib.

ABŞ lideri, həmçinin Modinin sərt xarakterə malik olduğunu vurğulayıb və onun “Xeyr, biz döyüşəcəyik” sözlərini aksenti ilə təkrarlayaraq “Tanıdığım adam budurmu?” sualını verib.

Tramp çıxışının sonunda iki ölkənin danışıqlardan sonra münaqişəyə son qoyduğunu xatırladıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm