Dünya
Proses başladı: Milyonlarla insan işsiz qalacaq!
Dünya miqyasında bir çox böyük şirkətlər xərcləri azaltmaq və mənfəəti artırmaq üçün işçilərini süni intellekt sistemləri ilə əvəz etməyə başlayıb.
Publika.az "Yeni akit"ə istinadən xəbər verir ki, bəzi şirkətlər bu keçidi açıq şəkildə elan etsələr də, bir çoxları istehlakçıların mənfi reaksiyalarından qorxaraq bu addımları gizli saxlamağı seçirlər.
İşçilərini süni intellektlə əvəzləyən bəzi şirkətləri təqdim edirik:
"Google" - 30 min işçi
Şirkət süni intellektlə işləyən reklam alətləri səbəbindən 2024-cü ildə satış şöbəsində on minlərlə insanı işdən çıxaracağını açıqlayıb.

"Nestlé" - 16 min işçi
Dünyanın ən böyük qida şirkəti olan "Nestlé" əməliyyat səmərəliliyini artırmaq və avtomatlaşdırmaya diqqət yetirmək üçün iki il ərzində 16 min nəfəri işdən çıxaracaq.
"Amazon" - 14 mindən çox işçi
Şirkətin baş direktoru Endi Kassi şirkət daxilində süni intellekti geniş şəkildə tətbiq etməklə işçi qüvvəsini azaltmağı hədəflədiklərini açıqlayıb. "Reuters" nəşrinə görə, bu rəqəm 30 minə qədər çatacaq.

"Microsoft" - 9 min işçi
Süni intellekt və məlumat mərkəzi investisiyalarına diqqət yetirən şirkət 228 min nəfərlik qlobal işçi qüvvəsinin 4 faizini ixtisar edəcək. 80 milyard dollarlıq investisiyanın əksəriyyəti süni intellektə yönəldiləcək.
"Procter & Gamble" - 7 min işçi:
Ev təmizliyi və şəxsi qulluq məhsulları ilə tanınan şirkət işçi qüvvəsini 15 faiz azaldacaq. Şirkət rəqəmsal transformasiya və avtomatlaşdırmaya diqqət yetirəcək.
Roza
-
Art19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO
-
Sosial19:24"Pulu kameranın altında say, sonra qaytar" - Yazıçının keçmiş xanımı belə aldadılıb
-
ABŞ19:00Stüardessalar arasında "QƏHVƏ SAVAŞI" - Təyyarə 4 saat ləngidi
-
Hadisə18:40Bağçada uşağı döyən dayə ilə bağlı QƏRAR VERİLDİ
-
Bilgi.az18:36Rauf Abdullayev xəstəxanaya yerləşdirildi - FOTO
-
Nida Xəbər 18:24Əli Əsədov yeni qərar imzaladı
-
Sosial17:13Əli Əsədov iki qərar imzaladı
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı





























.jpg)




