İdman
Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub? - FOTOLAR
“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal Jerar Pike və Şakiraya məxsus olan evi alıb.
Publika.az xəbər verir ki, malikanə Barselona yaxınlığındakı elit Esplugues-de-Llobregat rayonunda yerləşir və müğənni uşaqları ilə birlikdə Mayamiyə köçdükdən sonra boş qalmışdı.
“Las Mamarazzis” layihəsinin jurnalistləri Laura Fa və Lorena Vaskesin məlumatına görə, futbolçu hazırkı mənzilində baş verən insidentdən sonra köçməyə qərar verib. Bildirilir ki, Yamal üç korpusdan ibarət və 12 yataq otağı olan bu yeni evə vurulub. Lakin mediada qeyd edilən daxili hovuz orada yoxdur.

Bəzi qonşular Yamalın gəlişindən o qədər də məmnun deyillər və zarafatla “indi orada daim şənliklər olacaq” deyirlər. Amma köçmə qərarı təkcə rahatlıqla bağlı deyil. Bir müddət əvvəl Lamin mənzilinə kiminsə girməyə çalışdığını zənn edərək qorxub. Polis hadisəni araşdırdıqdan sonra bunun yanlış həyəcan siqnalı olduğunu müəyyən edib.
Bundan sonra klub təhlükəsizlik tədbirlərini gücləndirib. Mühafizə xidməti artıq yeni evi yoxlayıb. Bundan əlavə, “Barselona” Yamala ehtiyatlı olmağı tapşırıb və futbolçu hətta bir strimerlə nəzərdə tutulan reklam çəkilişini də ləğv edib.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































