Dünya
Əfqanıstanda GÜCLÜ ZƏLZƏLƏ - 7 ölü, 150 yaralı (YENİLƏNDİ)
Əfqanıstanın şimalında baş verən 6,3 maqnitudada zəlzələ nəticəsində azı yeddi nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Reuters agentliyi məlumat yayıb.
Yerli səhiyyə idarəsinin məlumatına görə, daha 150 nəfər yaralanıb.
Bundan əvvəl Balx əyalətinin qubernatorunun sözçüsü Hacı Zayed dörd nəfərin öldüyünü bildirib.
ABŞ-nin Geologiya Xidməti Əfqanıstanın Hindquş dağlarında 6,3 maqnitudada zəlzələnin baş verdiyini bildirib. Məlumata görə, zəlzələnin episentri təxminən 523 000 insanın yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə, episentr 10 kilometr dərinlikdə yerləşib.
xxx
01:41
Əfqanıstanın şimalında 6,3 maqnitudada zəlzələ olub.
Bu barədə Publika.az-a Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat verir.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə saat 00:28) Balx əyalətinin şimalındakı Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi
-
Magazin118 Aprel 20:36"17 yaşımda verdiyim qərarın doğru olduğunu anladım"



































