Dünya
Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatı: “C-130” təyyarəsi ilə bağlı DETALLAR
Türkiyənin Milli Müdafiə Nazirliyi Gürcüstan-Azərbaycan sərhədində "C-130" hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra irəli sürülən iddialarla bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, nazirlik ehtiyat tədbiri olaraq inventarında olan digər "C-130" təyyarələrinin uçuşlarının dayandırıldığını bəyan edib.
Bildirilib ki, təyyarələrin uçuşları bütün texniki yoxlamalar başa çatdıqdan sonra bərpa olunacaq.
Qəza ilə bağlı yayılan bir sıra iddialara nazirliyin cavabını təqdim edirik:
Təyyarədə sursat daşınırdı?
"Təyyarəmizdə personal və texniki xidmət ləvazimatları daşınırdı. Təyyarənin göyərtəsində sursat yox idi".
Təyyarənin qəzaya uğramasının səbəbi ilə bağlı hər hansı bir dəlil varmı?
"Bu məsələ ilə bağlı şərh vermək üçün hələ tezdir. Hadisənin səbəbi davam edən qəza araşdırmasından sonra aydınlaşdırılacaq. Hazırda qara qutu Ankarada araşdırılır".
Radar qeydlərində eyni vaxtda ərazidə bir helikopterin aşkar edildiyi doğrudur?
"Təyyarə qəzaya uğradıqdan sonra əraziyə gedən və təyyarəmizlə əlaqə saxlamağa cəhd edən Gürcüstan helikopteri idi".
Səudiyyə Ərəbistanı tərəfindən istismardan çıxarılan təyyarənin alındığı doğrudurmu?
"Sözügedən təyyarə Səudiyyə Ərəbistanından 21 yanvar 2012-ci ildə alınıb və 2014-cü ildə texniki xidmətdən sonra inventara əlavə edilib. Modernləşdirilib və 2022-ci ildə istismara qaytarılıb. O vaxtdan bəri müntəzəm texniki xidmətdədir. Lakin iddia edildiyi kimi istifadəçi ölkə tərəfindən xidmətdən çıxarılan deyil, ehtiyacdan artıq olan bir təyyarədir. Səudiyyə Ərəbistanı tərəfindən "C-130" təyyarələri istifadə olunmağa davam edir".
Qəzaya uğrayan təyyarə köhnə və texniki cəhətdən yetərsiz idi?
"Köhnə təyyarələr yoxdur, yalnız baxımsız vəziyyətdə olanlar var. Bu təyyarələrə ölkəmiz tərəfindən müntəzəm olaraq texniki xidmət göstərilir. "C-130" təyyarələri hazırda 70-dən çox ölkədə aktiv istifadədədir".
Xatırladaq ki, 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycana göndərilən "C-130" hərbi yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 Türkiyə əsgəri həlak olub. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Roza
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı






































