Dünya
Venesuela Azərbaycanın qonşusundan siyasi YARDIM İSTƏDİ
"Venesuela, ABŞ-dan gələn təhdidlərlə üzləşsə də, Tehrana birbaşa hərbi dəstək üçün müraciət etməyib, lakin siyasi yardım istəyib".
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti"yə məlumat verib.
“Müxtəlif variantlar müzakirə olunub, lakin Venesuela ABŞ-ın təhdidləri ilə bağlı İrandan hərbi dəstək istəməyib, yalnız İslam Respublikasının siyasi kömək imkanlarını nəzərdən keçirib”, - deyə mənbə Karakasın hərbi yardım tələbi ilə bağlı suala cavab verib.
Sentyabrdan noyabra qədər ABŞ silahlı qüvvələri dəfələrlə Venesuela sahilləri yaxınlığında narkotiklərin daşınması üçün istifadə olunduğu güman edilən katerləri məhv edib. Bununla yanaşı, ABŞ Konqresinin bəzi üzvləri belə əməliyyatların qanunvericilərin əvvəlcədən təsdiqi olmadan keçirilməsinin qanuniliyinə şübhə ilə yanaşıblar.
ABŞ Prezidenti Donald Tramp, narkotik daşımaqda şübhəli bilinən gəmilərə qarşı həyata keçirilən zərbələri şərh edərkən, Venesuelaya dair gələcək planlar barədə birbaşa cavab verməkdən yayınaraq, qəbul edilmiş qərara işarə edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı






































