Cənubi Kiprdən qalmaqallı addım: Terror təşkilatı üçün muzey açdılar
Bizi izləyin

Dünya

Cənubi Kiprdən qalmaqallı addım: Terror təşkilatı üçün muzey açdılar

Cənubi Kipr Rum Administrasiyasında (GCA) terror təşkilatı EOKA ilə əlaqəli materialların nümayiş olunduğu muzey açılışı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Kipr Respublikasının rəhbəri Nikos Xristodulides EOKA-nın 1955-ci ildən 1959-cu ilə qədərki fəaliyyətlərini nümayiş etdirən "Azadlıq Muzeyi"nin açılışında iştirak edib.

Açılışda çıxış edən Xristodulides azadlıqlarını EOKA-ya borclu olduqlarını bildirib: "Uşaqlarımıza və nəvələrimizə EOKA-nın mübarizəsini öyrətməliyik".

Qeyd edək ki, EOKA terror təşkilatı 1950-ci illərin ortalarında Kiprdə Britaniya hakimiyyətinə son qoymaq və adanın Yunanıstanla birləşməsini təmin etmək üçün hərbi əməliyyat təşkil etmək məqsədilə Kipr yunan zabiti Yeoryos Qrivas tərəfindən yaradılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm