Dünya
Türkiyənin bu uğuru Yunanıstanı şoka saldı: Ankara hansı mesajı verib?
Yunanıstanda Türkiyənin hava hücumundan müdafiə sahəsində əldə etdiyi yeni uğurlar geniş müzakirə olunur. Ölkənin aparıcı media orqanları Ankaranın bu sahədə ciddi irəliləyişini etiraf edən xəbərlər dərc edib.
Publika.az xəbər verir ki, "Banking News" Türkiyənin "TOLGA" hava hücumundan müdafiə sisteminin son sınaq nəticələrini analiz edərək, Afinanın bu proseslərə sadəcə “tamaşaçı” qaldığını yazıb.
Nəşrə görə, Türkiyə pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi təcrübəni indi qısa mənzilli HHM sistemlərinə daşıyır. "TOLGA" sistemi təxminən 100 müşahidəçinin iştirakı ilə sınaqdan keçirilib və 100 faiz nəticə göstərib.
Qəzet yazır ki, bu uğur Türkiyəni təkcə regional güc kimi deyil, yeni nəsil müdafiə təchizatçıları arasında sürətlə yüksələn bir ölkə kimi göstərir. Hesabata görə, "TOLGA" sistemi Türkiyənin hava hücumundan müdafiədə tam yerli “aerodinamik qalxan” yaratmaq əzmini nümayiş etdirir.
"100 faiz uğur nisbəti yalnız texniki nəticə deyil. Türkiyə həm yerli ictimaiyyətə, həm də potensial xarici alıcılara aydın bir mesaj göndərdi: Ankara artıq bu sahədə liderdir", - xəbərdə qeyd olunub.
Roza
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
























.png)








