Liviya “ərəb qardaşlar”dan hərbi kömək istədi
Bizi izləyin

Dünya

Liviya “ərəb qardaşlar”dan hərbi kömək istədi

“Liviyadakı strateji təşkilatların qorunması və terrorçu qruplara mane olunması üçün rəsmi olaraq Ərəb Birliyindən müdaxiləni tələb edirəm”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Liviyanın Tobruk şəhərindəki Nümayəndələr Məclisi başçısı Akile Salih bildirib.

O, Ərəb Birliyi və bütün beynəlxalq cəmiyyətdən Liviyanın “yeganə qanuni nümayəndəsi" olaraq Tobrukdakı Nümayəndələr Məclisinin qəbul edilməsini istəyib. Liviyaya xarici müdaxiləyə qarşı olduqlarını qeyd edən Salih həmçinin “Liviyada xarici hərbi müdaxilə qəbul edilə bilməz, əgər hərbi müdaxilə olacaqsa, bunu ərəb qardaşlarımız etməlidir” deyib.

Qeyd edək ki, Tobrukdakı Nümayəndələr Məclisindən başqa, Trablusda Milli Ümumi Konqres (MTŞ) fəaliyyət göstərir. Hər iki qurum özünü Liviyanın qanuni nümayəndəsi hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm