Dünya
İki ildir bunkerdə hazırlanan gizli plan açıqlandı: Rusiyanı vurmaq an məsələsidir
Almaniya Silahlı Qüvvələri şərqdə nəzərdə tutulan cəbhə xəttinə 800 min NATO hərbçisinin yerləşdirilməsini ehtiva edən plan hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilir ki, Rusiya ilə müharibə vəziyyətində hazırlanan plan "OPLAN DEU" (alman dilindən tərcümədə "Əməliyyat Fəaliyyət Planı Almaniya") adlanır.
“Onlarla yüksək rütbəli alman zabiti Rusiya ilə gizli müharibə planı hazırlamaq üçün təxminən iki il əvvəl Berlindəki hərbi kompleksə toplaşıb, indi isə onu həyata keçirməyə tələsirlər”, - məlumatda iddia edilir.
Qeyd edilir ki, planda 800.000-ə qədər Almaniya, Amerika və digər NATO hərbçilərinin şərqdə cəbhə xəttinə necə yerləşdiriləcəyi əks olunub. Həmçinin qeyd olunur ki, Almaniya özü yerləşdirmə üçün əsas rol oynayacaq.
Xatırladaq ki, bu yaxınlarda Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı trans-Avropa hərbi nəqliyyat dəhlizlərini Ukraynaya uzatmağa hazırdır və bu o deməkdir ki, bloka daxil olan ölkələr oraya hərbi yardımı daha tez çatdıra biləcəklər.
Adəm
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)