Zelenskinin dediklərini Trampa çatdırdılar - Güldü
Bizi izləyin

ABŞ

Zelenskinin dediklərini Trampa çatdırdılar - Güldü

Zelenskinin dediklərini Trampa çatdırdılar - Güldü

ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskinin Amerikalı danışıqçıların guya yanvar ayına qədər Moskva və Kiyev arasında sülh müqaviləsi bağlamağı hədəflədikləri barədə iddialarını gülərək cavablandırıb.

Çərşənbə axşamı Zelenski bildirib ki, Amerika danışıqlar qrupunun məqsədi Ukrayna münaqişəsinə dekabr-yanvar aylarında son qoymaqdır.

Publika.az xəbər verir ki, “New York Post” qəzeti Trampın sözlərini sitat gətirib.

“Bunu kim deyib? O (Zelenski - red.) mənim nə etməyimi istəyir?” sualını cavablandırarkən Trampın gülüb və köməkçisinə baxıb.

Razılaşma perspektivləri barədə şərh verən Amerika lideri qeyd edib ki, o, konkret bir müddətə bağlı deyil.

Tramp deyib: "Mənim dəqiq bir zaman xəttim yoxdur. Sadəcə bunun bitməsini istəyirəm".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm