Dünya
Bu ölkədə anomal istilər 5 mindən çox insanın həyatına son qoydu
İngiltərədə 2026-cı ilin yayında anomal istilər səbəbindən 5258 nəfərin öldüyü təxmin edilir. Bu, 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) may-sentyabr aylarını əhatə edən hesabatında bildirilib.
Hesabata görə, ən çox ölüm iyunun 21-dən 28-dək davam edən anomal istilər zamanı qeydə alınıb. Həmin dövrdə 2401 nəfərin ölümü yüksək temperaturla əlaqələndirilib.
Hesabatda iqlim dəyişikliyi səbəbindən isti hava dalğalarının müddətinin, tezliyinin və şiddətinin artacağı proqnozlaşdırılıb. Əhalinin sağlamlığını qorumaq üçün uzunmüddətli uyğunlaşma tədbirlərinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, İngiltərədə bu il ardıcıl beş isti hava dalğası yaşanıb. İyul ayı ölkənin meteoroloji müşahidələr tarixində ən quraq dövr kimi qeydə alınıb. İki aydan çox müddətdə ölkənin bir çox bölgəsinə əhəmiyyətli yağıntı düşməyib. Londonun bütün ərazisi də daxil olmaqla, İngiltərənin 71,3 faizində və Uelsdə quraqlıq elan edilib.
Müəllif: Roza
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi

















.jpg)


















