Dünya
İsraildən Türkiyə ilə bağlı ÇAĞIRIŞ: Onu dayandırın, yoxsa...
İsrailli ifrat sağçı siyasətçi Ohad Tal Knessetdəki çıxışında Qərbə müraciət edərək Türkiyəni hədəf alan açıqlamalar verib.
Publika.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, Türkiyə İsrail üçün İrandan daha böyük risk yaradır.
"Türkiyə artıq sadəcə rəqib deyil, sürətlə hətta İran təhdidindən daha böyük ola biləcək bir risk faktoruna çevrilir. Türkiyə bu gün iqtisadi, diplomatik və hərbi cəhətdən İrandan daha güclü ölkədir. Vaşinqtonda ona verilən legitimlikdən faydalanır və Pekinlə də yaxşı münasibətlərə malikdir. Bütün bu amillərin birləşməsi İsrail üçün strateji partlayış riski yaradır", - Tal qeyd edib.
O həmçinin, Türkiyənin Qüdsdəki təsirindən də danışıb:
"Türkiyə hər mümkün sahədə İsrailin maraqlarına qəsdən və fəal şəkildə qarşı çıxır. Lakin bu təhdid yalnız bizə deyil, həm də Qərbə yönəlib. Türkiyə təhdidi fiziki olaraq uzaq deyil. O, İsrail paytaxtının tam mərkəzində, Qüdsdəki Türkiyə Konsulluğundan fəaliyyət göstərir. Bu konsulluq mədəni dominantlıq yaratmaq və İsrailin suverenliyini sarsıtmaq, Qüdsü Türkiyənin himayəsi altında müsəlman şəhərinə çevirmək məqsədi ilə fəaliyyət göstərir. Türkiyəni dayandırın. Əks təqdirdə, ən ağır bədəli ödəyəcəyik".
Roza
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var
-
İqtisadi gündəm09:21Hansı sahədə çalışanların pensiyası arta bilər?
-
Region08:48Türkiyədə nişan mərasimində 113 nəfər ZƏHƏRLƏNDİ
-
MDB07:47Psixoloq qulaqcıqı həblə səhv salaraq UDDU - “Əgər musiqi açsan...”
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Mourinyo onunla Özilə təlimat çatdırdı: “Sonra bizə qol vurdu”
-
Magazin106:16“Oğullarıma söz vermişəm” - Doğuş 14 il sonra “Survivor”da!
-
ABŞ05:45ABŞ-da 130 mindən çox ev zülmətə qərq oldu
































