ABŞ
ABŞ-dan şok plan: İranın uran ehtiyatları ələ keçiriləcək? - Mümkün əməliyyatın bəzi detalları üzə çıxdı
ABŞ hərbçiləri ölkə Prezidenti Donald Trampa onun sorğusu əsasında hazırlanmış İranın zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi planını təqdim ediblər.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Mənbələrin sözlərinə görə, plan İranda təxminən 1 000 funt (təxminən 454 kq) yüksək səviyyədə zənginləşdirilmiş uranın ələ keçirilməsini nəzərdə tutur. Bunun üçün qazıntı işləri aparmaq məqsədilə texnikanın hava yolu ilə çatdırılması, həmçinin radioaktiv materialın çıxarılması üçün nəqliyyat təyyarələrinin enişi məqsədilə uçuş-enmə zolağının tikilməsi planlaşdırılır.
Nəşr qeyd edir ki, söhbət müharibə şəraitində indiyədək həyata keçirilməmiş son dərəcə mürəkkəb əməliyyatdan gedir. Planın həyata keçirilməsi üçün ehtimal ki, yüzlərlə, hətta minlərlə hərbçinin və ağır texnikanın hava yolu ilə bölgəyə göndərilməsi tələb oluna bilər. İlkin qiymətləndirmələrə görə, əməliyyatın icrası həftələrlə davam edə bilər və İran ərazisinin dərinliklərində, atəş altında həyata keçiriləcək. (Oxu.az)
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
