Dünya
Tramp şokdadır: Zelenski hələ “sülh planı”nı oxumayıb - Çətin olacaq
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna lideri Vladimir Zelenski Vaşinqtonun təklif etdiyi sülh planını hələ oxumayıb.
Publika.az xəbər verir ki, Amerika administrasiyasının rəhbəri ukraynalı həmkarının davranışından müəyyən qədər məyus olduğunu bildirib.
“İnanıram ki, Rusiya bu planla razılaşır. Zelenskinin komandası təklifimizdən məmnundur, amma Zelenskinin özü yox”, - Tramp deyib.
Tramp Rusiya-Ukrayna münaqişəsinin dərinliyi ilə bağlı səhv etdiyini də etiraf edib. O, qarşıdurmanı dayandırmağın əvvəlcə düşündüyündən daha çətin olacağı qənaətinə gəlib.
"Rusiya və Ukrayna - bir az daha asan olacağını düşünürdüm ... bu, çox çətin müharibədir", - Tramp deyib.
Tramp həmçinin ABŞ-ın münaqişənin həlli üçün “Ukrayna liderləri” ilə danışıqlar apardığını açıqlayıb . Onun sözlərinə görə, Vaşinqton Rusiya prezidenti Vladimir Putin və “Ukrayna liderləri, o cümlədən Vladimir Zelenski” ilə dialoq aparır. O, hansı liderləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Tural
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi

































