Dünya
Əsədin şok görüntüləri ortaya çıxdı: Yemək yoxdur, amma məscidlərə pul xərcləyirlər - VİDEO
Devrilmiş Suriya lideri Bəşər Əsəd və onun keçmiş müşaviri Luna Əl-Şiblin 2018-ci ildə çəkilmiş görüntüləri ciddi mübahisələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Şərqi Qutada çəkilmiş görüntülərdə Əsədin yerli əhaliyə, öz əsgərlərinə və hətta öz soyadına qarşı təhqiramiz ifadələri, eləcə də dağıdılmış binalara qarşı mövqeyi yer alır.
Əsədin Suriyada naməlum bir yerdə maşın sürdüyünü göstərən videoda, o, Luna əl-Şiblin "Qutadan çıxmaq üzrəyik, nə deyəcəyik?" sualına gülərək "Quta cəhənnəmə getsin" cavabını verir. Eyni görüntülərdə Əsədin iqtisadi cəhətdən çətinlik çəkən yerli əhali tərəfindən məscidlərin tikintisini tənqid etdiyi, onları "məsuliyyətsiz fironlara" bənzətdiyi eşidilir. Həmçinin o, ictimaiyyətə qarşı təhqiramiz ifadələr işlədib, Şərqi Quta xalqını "cəmiyyətin ən pisləri" adlandırıb və "onların yeməyi yoxdur, amma məscidlərə pul xərcləyirlər" deyib.
Dağıdılmış binalar və boş küçələrdə səyahət zamanı Şiblin Əsədə "Humanitar məsələlərdən danışmağa dözə bilmirsən, amma hərbi məsələlərə gəldikdə, dirilirsən" dediyi qeydə alınıb. Əsədin daha sonra Suriyadakı mənzərəyə baxaraq "Mən yalnız utanc deyil, həm də ikrah hissi keçirirəm" dediyi də eşidilir.
Sızdırılan görüntülərdə ən diqqətçəkən məqamlardan biri isə Əsədin öz soyadını (ərəb dilində "Aslan" mənasını verir) ələ salaraq "Bu heyvan adı dəyişdirilməlidir" deməsidir.
Sözügedən görüntülərin Prezident Sarayında "Tam məxfi" yazılmış zərfdə tapıldığı bildirilib.
Roza
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi

































