Dünya
Türkiyə ordusu üç istiqamətdən bu ölkəyə girdi - VİDEO
Sosial şəbəkələrdə yayılan iddialar görə, Türkiyə ordusu Afrin, Ras əl-Ayn və şimali Hələb istiqamətindən Suriyaya daxil olub.
Publika.az xəbər verir ki, Türkiyə ordusunun Mənbicə doğru hərəkət etdiyi iddia olunub.
Hadisələr SDF-nin Əhməd əl-Şaraanın rəhbərlik etdiyi Suriyanın keçid hökumətinə inteqrasiyası ilə bağlı gərginliyin artması fonunda baş verir. Türkiyə rəsmiləri dəfələrlə Ankaranın PKK ilə əlaqəli hesab etdiyi yüksək vəzifəli YPG liderlərini heç bir hökumət rolunda qəbul etməyəcəklərini və SDF sıralarından qeyri-suriyalı döyüşçülərin çıxarılmasını tələb edəcəklərini bildiriblər.
"Suriya hökuməti daxilində yüksək vəzifəli YPG liderlərinin təyinatını qətiyyən qəbul etməyəcəyik. Kürd qüvvələri bir təşkilat kimi dağılmalı və fərd olaraq orduya inteqrasiya olunmalıdır", - Türkiyə təhlükəsizlik mənbələri vurğulayıblar.
Hazırda bölgədə ordunun yerləşdirilməsinin məqsədi və növbəti mərhələdə hansı əməliyyatların planlaşdırıldığı barədə rəsmi açıqlama yoxdur.
Bu fonda birbaşa toqquşma barədə də məlumat verilməyib. Həmçinin, ABŞ və Suriya keçid hökuməti də daxil olmaqla əsas maraqlı tərəflər səssiz qalıblar.
Məsələ ilə bağlı Türkiyənin Müdafiə Nazirliyi və ya digər rəsmi qurumlardan da təsdiqləmə verilməyib.
Roza
-
Rəsmi xronika11:38İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:10Türkiyə ordusu üç istiqamətdən bu ölkəyə girdi - VİDEO
-
İdman10:48"Formula 1"-in yeni birinci xanımı: O, ulduz futbolçuya xəyanət edib? - FOTOLAR
-
Avto10:36Avtomobillər elə asfaltdan enerji yığacaq: "Gələcəyin yolu" sınaqdan keçdi
-
Nida Xəbər 10:12Mehdiyevin qızı da vəzifədən azad edildi
-
İdman09:48Milyarderin gizli kolleksiyası üzə çıxdı: 1,5 milyardlıq bolidlər, superkartlar və... - FOTOLAR
-
Sosial09:12Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR
-
Nəqliyyat08:37Yağışlı Bakı yollarında son vəziyyət - FOTOLAR
































.jpg)





